Ultrasəs pilinq dərinizi qaralmağa hazırlayacaq

Necə gözəl qaralmaq olar – yayın ən aktual suallarından biridir.
Yazda, soyuq mövsüm bitdikdən sonra dərini qorumaq və aktiv
insolyasiyaya hazırlamaq xüsusilə vacibdir. Qaralmanın bərabər,
gözəl olmasını və həmçinin dərinizə zərər verməməsini
istəyirsinizsə, bu məsələdə düzgün yanaşma çox vacibdir. Bu zaman
dərini təravətləndirəcək və ölü hüceyrələri aradan qaldıracaq
ultrasəs pilinq köməyinizə gələcək.

Ultrasəs pilinq ASTHETIK LAB aparat kosmetoloji klinikasında ən
tanınmış xidmətlərdən biridir. Prosedura tələbat dərinin növündən
və baxımsızlıq dərəcəsindən asılı olmayaraq tez və zəmanətli nəticə
ilə izah olunur. Bundan əlavə, bu pilinq narahatlığa səbəb olmur və
reabilitasiya tələb etmir.

Üzün ultrasəslə təmizlənməsi xüsusi aparat – skrabber vasitəsilə
həyata keçirilir. Prosedurdan əvvəl dəri makiyajdan və digər
çirklərdən hərtərəfli təmizlənir. Səs dalğalarının epidermisə
dərindən nüfuz etməsini təmin edən üzə xüsusi gel tətbiq olunur.
Gellər yumşaldıcı, nəmləndirici, ağardıcı, zərif və buxarlandırıcı
olur. Kosmetoloq dərini skrubber ilə yavaş və yumşaq bir şəkildə
işləyir. Bundan sonra üzə sakitləşdirici maska və qidalandırıcı
krem çəkilir.

Təmizləmə ilə yanaşı, ultrasəs epidermisin daxili təbəqəsində
gənc kollagenin istehsalını stimullaşdıraraq masaj effekti yaradır.
Bunun sayəsində prosedurdan sonra dəri nəinki ölü hüceyrələrdən və
yağlanmadan yaxşı təmizlənir, həm də dartılır və daha elastik olur.
Kiçik qırışlar hamarlanır. Sızanaq və çapıq izləri daha az
görünür.

Pilinqdən sonra tətbiq olunan üz maskaları dərinin dərinliyinə
nüfuz edir və dəfələrlə daha efektli təsir edir.

ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz
olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir.
Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və
trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır

Ünvan: Аzadlıq prospekti 124.

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə
bilərsiniz: +994125555534, +994504000303

Teqlər: