“Mançester Yunayted”in və Portuqaliya yığmasının sabiq cinah oyunçusu Nani futbol həyatında yeni mərhələyə hazırlaşır.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, o, bir qrup investorla birlikdə “Sintrense” klubunun səhmlərinin 95 faizini alıb. Klub Lissabonun şimal-qərbində, oyunçunun doğulduğu yerə yaxın Sintrada yerləşir. 112 il əvvəl qurulan “Sintrense” Portuqaliyanın dördüncü divizionunda çıxış edir.
Yeni sahiblər klubu Portuqaliya çempionatının yüksək divizionu olan Primeira Liqaya çıxarmaq üçün böyük sərmayə qoymağı planlaşdırırlar.
Bundan əlavə, 37 yaşlı futbolçu mayda “Adana Dəmirspor”dan ayrıldıqdan sonra klubsuz qalsa da, karyerasını bitirmək niyyətində deyil.