Almaniyanın müdafiə naziri Boris Pistorius ümid edir ki, ölkə hökuməti Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayıracaq.
AzerTimes “Şpigel” nəşrinə istinadən xəbər verir ki, bu barədə nazir Saarlouisdəki qoşunları ziyarət edərkən deyib.
Onun sözlərinə görə, cari 2024-cü il büdcəsinin 7,5 milyard avro artırılması ilə bağlı danışıqlar ümidvericidir və çox güman ki, həftənin sonuna qədər tamamlanacaq.
Pistorius vurğulayıb ki, Ukraynaya gələcəkdə hərbi yardım göstərilə bilər:
“Sonra yüz milyonlarla avro dəyərində əhəmiyyətli məbləğdən danışacağıq”.