Ukraynaya yarım milyon mərmi göndərilir

Ukraynaya yarım milyon mərmi göndərilir

Ukrayna 2024-cü ilin sonuna kimi 500 min artilleriya mərmisi alacaq.

AzerTimes xəbər verir ki, bunu Çexiya Baş naziri Pyotr Fiala deyib.

“Məqsədimizə çatacağıq – Ukraynaya 500 min iriçaplı mərmi göndərəcəyik. Belə sursatların tədarükü ilə Ukraynaya hərbi dəstəyin göstərilməsi fasiləsiz davam edəcək”, – Fiala bildirib.

Onun sözlərinə görə, Çexiya bu sahədə ən çox Danimarka və Niderlandla əməkdaşlıq edir.

Teqlər: