AB-nin Ukraynaya maliyyə yardımı ilə bağlı Brüssel sammitində qəbul edilmiş qərarı vəsaitlərin rasional xərclənməsinə zəmanət verir və buna görə də Macarıstan bununla razılaşıb.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyi (AB) ölkələrindən olan həmkarları ilə görüşündən sonra deyib.
O, həmçinin qeyd edib ki, Avropa fondlarından Macarıstana veriləcək vəsait Ukraynanın maliyyələşdirilməsinə sərf edilməyəcək:
“Biz vəsaitlərin rasional istifadəsinə zəmanət verən nəzarət mexanizmi üzərində razılığa gəldik və Macarıstan pullarının Ukraynaya göndərilməyəcəyinə dair zəmanət aldıq”.