Ukraynaya yardım adı ilə marixuana daşıyanlar tutuldu

Ukraynaya yardım adı ilə marixuana daşıyanlar tutuldu

İspaniya polisi Ukraynaya yardım adı altında marixuana qaçaqmalçılığında ittiham olunan 30 nəfəri həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.

Qeyd edilir ki, Əndəlüs bölgəsində saxlanılanlar arasında ukraynalı, ispan, alman və mərakeşlilər də var.

Məlumata görə, narkotiklər polis və sərhəd nəzarətindən yayınmaq üçün “həmrəylik karvanı” adı altında fəaliyyət göstərən və Ukraynada qeydiyyatda olan furqonlarla daşınıb.

Malaqa əyalətində və cənubdakı Qranada, Kordova və Sevilya şəhərlərində keçirilən reydlər zamanı polis təxminən 800 min avro, 6 tapança və 2500 ədəd çətənə kolu ələ keçirib.

Teqlər: