ABŞ Hərbi Hava Qüvvələrinin 350-ci Spektr Müharibə Qanadının xüsusi təyinatlı elektron döyüş bölməsinin mütəxəssisləri Ukrayna Hərbi Hava Qüvvələrinin F-16 təyyarəsini yeniləyiblər ki, onlar Rusiyanın hava hücumundan müdafiə sistemlərinə daha yaxşı müqavimət göstərə bilsinlər.
AzerTimes xəbər verir ki, bu barədə “Defens Ekspress” ABŞ Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, amerikalı mütəxəssislər ABŞ Hərbi Hava Qüvvələrinin özündə olmayan avadanlıqlarla iş aparıblar. Mütəxəssislərin fikrincə, söhbət əvvəllər Ukrayna qırıcılarında müşahidə edilən ECIPS/CJS konteynerindən gedir:
“Onun tərtibçisi Danimarka Terma və İtalyan Leonardo idi. Bu, təkcə güclü rəqəmsal elektron müharibə stansiyası deyil, həm də raket hücumu təhlükəsini qeyd edən stansiyadır”.
Mütəxəssislər hesab edirlər ki, yenilənmiş elektron döyüş sistemləri sayəsində Ukrayna F-16-ları səmada özlərini daha təhlükəsiz hiss etməklə yanaşı, Rusiyanın hava hücumundan müdafiə sistemlərinə hücum zamanı daha yaxşı nəticələr əldə edəcəklər.