Ukraynaya vəd edilənin yarısını vermişik – Yohannis

Ukraynaya vəd edilənin yarısını vermişik – Yohannis

NATO müttəfiqləri Ukraynaya vəd edilən yardımın yalnız yarısını veriblər.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edib.

“Hamımızın Ukraynaya göstərdiyi yardıma gəlincə, məncə, realist olmaq vaxtıdır, biz vəd etdiyimizin təxminən yarısını təmin etmişik və bu, Ukraynanın qalib gəlməsini istəyiriksə, daha çox kömək etməliyik”, – Yohannis bildirib.

O qeyd edib ki, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində qarşıdan gələn bəyanatda alyansın şərq cinahı boyunca hava hücumundan müdafiəni gücləndirmək niyyəti yer alacaq.

Teqlər: