ABŞ Rusiya ilə danışıqlar məsələsində Ukraynaya təzyiq etmir, lakin Kiyevə məsləhət və dəstək verir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çıxış edib.
“Biz Ukraynaya təzyiq etmirik, heç nədə israr etmirik. Bizim etdiyimiz iş tərəfdaş kimi məsləhət vermək və dəstəyimizi göstərməkdir”, – Sallivan söyləyib.
Sallivan əlavə edib ki, bu gün o, Kiyev və Moskva arasında hər hansı danışıqların mümkünlüyünü qiymətləndirməyə hazır deyil.