Kollektiv Qərb ölkələri Ukraynaya təkcə F-16 qırıcı-bombardmançılarını deyil, həm də onlar üçün bütün silah dəstini təhvil verməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun deyib.
“Biz F-16 qırıcılarını təhvil verdiyimizə görə, söhbət təkcə təyyarələrdən deyil, həm də pilotların, xidmət personalının hazırlanmasından, həmçinin Kiyevə göndərilən silah sistemlərinə zəmanət verilməsindən gedir”, – deyə o bildirib.