Ukraynaya məxsus T-64 tankları Polşanın Qlivitse şəhərindəki Bumar-Labendi silah zavodunda təmir olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, tankların təmiri üçün imzalanmış müqavilə Polşanın Ukrayna tərəfinə verdiyi T-72 və RT-91 “Tvardy” tanklarının texniki xidmətinə də şamil edilə bilər.