Ukraynaya taktiki nüvə silahları verilib.
AzerTimes xəbər verir ki, bu iddia ilə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin çıxış edib.
Onun sözlərinə görə, F-16 qırıcılarının Ukraynaya çatdırılması taktiki nüvə silahlarının da ötürüldüyündən xəbər verir:
“Birincisi, F-16-lar artıq mövcuddur və əminəm ki, Ukraynada taktiki nüvə silahları da var”.
“Nyusvik” nəşri məsələ ilə bağlı qeyd edib ki, Qərbin ukraynalılara nüvə silahı göndərdiyinə dair heç bir sübut yoxdur. Ukrayna Budapeşt Memorandumu çərçivəsində Rusiya və ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə arsenalından imtina edib. Buna baxmayaraq, kremlyönlü media və rəsmilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri dəfələrlə nüvə silahı haqqında xəbərlər yayıblar.