Kipr Ukraynaya silah vermək fikrində deyil, çünki əks halda o, müdafiəsiz qalacaq.
AzerTimes xəbər verir ki, bunu Kipr Prezidenti Nikos Xristodulidis jurnalistlərə açıqlamasında deyib.
“Kipr istifadə etdiyi qaynaqlar, hərbi resurslar müəyyən həddədir və biz Kipri müdafiəsiz qoyacaq heç bir tədbir görə bilmərik. Əksinə, bizim öz səylərimiz seçki proqramımıza daxildir. Beşillik hədəfimiz müdafiə xərclərini artırmaq, Kipr Respublikasının çəkindirici gücünü gücləndirmək, ÜDM-in 2%-i səviyyəsinə çatmaqdır”, – deyə o bildirib.