Ukraynaya silah verin, yoxsa Putin qalib gəlir – Olland

Ukraynaya silah verin, yoxsa Putin qalib gəlir – Olland

Fransa öz hərbi büdcəsini artırmalı, Kiyevə silah tədarükünü davam etdirməlidir.

AzerTimes xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland deyib.

“Düşünürəm ki, biz Ukraynanı mümkün qədər çox silahla təmin etməliyik. Əgər silahımız varsa, onda öz hərbi büdcəmizi də artırmalıyıq. Bu, səydir, qurbandır, lakin biz bunu davam etdirməliyik”, – o bildirib.

Onun fikrincə, Ukraynada hadisələrlə bağlı iki mümkün ssenari var:

“Birincisi, status-kvonun saxlanmasıdır. Rusiya ordusu işğal etdiyi ərazilərdə qalır, çünki Ukrayna ordusu onları geri qaytara bilmir və müharibə “dondurulmuş” münaqişə statusuna çevrilir. Bu, Vladimir Putinin qələbəsidir. İkincisi də Ukraynaya silah tədarükü davam etdirilməli, nəyin bahasına olursa, olsun Rusiyaya qarşı sanksiyalar tətbiq edilməli və Rusiyanı siyasi cəhətdən təcrid olunmalıdır”.

Teqlər: