ABŞ administrasiyası Kiyevə silah tədarükünün dayandırılmasının nəticələrini Ukraynada döyüş meydanında görməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Hazırda Ukraynaya verdiyimiz hərbi yardım bitib. Və hətta döyüş meydanında bunun nə demək olduğuna dair bəzi real sübutlar görürük.
Əgər Birləşmiş Ştatlar öhdəliklərini yerinə yetirməsə, bu, avropalıların və başqalarının yardımları davam etdirmələrini çətinləşdirəcək”, – deyə Blinken bildirib.