ABŞ Ukraynaya döyüş meydanında uğur qazanmağa və qarşıdakı illərdə Rusiyanı çəkindirə biləcək ordu qurmağa kömək etməyə sadiqdir.
AzerTimes xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
Ostin Vladimir Zelenski ilə birgə çıxışı zamanı deyib:
“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya öz döyüş qabiliyyətini möhkəmləndirmək və genişləndirməkdə, qarşıdakı illərdə Rusiyanın təcavüzünə qarşı mübarizə apara biləcək gələcək güc yaratmaqda kömək etməyə sadiqik”.