Bu gün Rusiya arsenalında olan hər şeylə vururdu: “Xəncər”, S-300, qanadlı raket, PUA-lar. Strateji bombardmançılar X-101/X-505 raketləri buraxdılar. Təxminən 110 raket atıldı, onların da əksəriyyəti vuruldu.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Terrorçuların zərbələrinə mütləq cavab verəcəyik. Ölkəmizin, hər bir şəhərimizin və bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terroru məğlub olmalıdır və olacaq”, – Zelenski bildirib.