Qərb qoşunlarının Ukraynaya göndərilməsi NATO ilə Rusiya arasında yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişə təhlükəsi yaradacaq.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“NATO qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən bəzi Qərb siyasətçiləri bu təşkilatın kollektiv təhlükəsizliyini nəzərdə tutan beşinci maddəsindən sui-istifadə edirlər. Qoşunlar göndərilsə, NATO ilə Rusiya arasında qarşıdurmadan qaçmaq mümkün olmayacaq və 5-ci maddənin də tətbiqi dünya müharibəsinin başlaması üçün real risk yaradacaq”, – Siyarto bildirib.