Koreya Respublikası Ukraynaya öldürücü silahlar vermir.
AzerTimes xəbər verir ki, bunu “Yonhap” agentliyinə açıqlamasında Cənubi Koreya Xarici İşlər Nazirliyinin əməkdaşı deyib.
“Xəbərdar etmək istərdim ki, Moskvanın hərəkətləri Rusiya ilə Koreya Respublikası arasında münasibətlər üçün böyük əhəmiyyət kəsb edəcək. Silah ticarəti, KXDR-dən ballistik raketlər almaq, Pxenyanla hərbi texnologiya sahəsində əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq. Rusiya bunu dayandırmalıdır. Hökumət Ukraynanı öldürücü silahlarla təmin etməmək mövqeyindədir. Eyni zamanda, biz Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı və bunun təhlükəsizliyimizə nə kimi təsir göstərə biləcəyini diqqətlə izləyirik”, – XİN əməkdaşı bildirib.