Ukraynaya nə qədər çox silah verirsinizsə… – Siyarto

Ukraynaya nə qədər çox silah verirsinizsə… – Siyarto

Kiyevə silah tədarükündən imtina edilməsi ilə münaqişəni dayandırmaq mümkündür.

AzerTimes xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Nə qədər çox silah verirsinizsə, o qədər də qarşıdurma davam edir, qurbanların sayı isə çoxalır. Ukrayna ərazi və insan itkisi yaşayır. Suverenliyin və bütövlüyün qorunması yalnız danışıqlar yolu ilə mümkündür”, – deyə Siyarto bildirib.

Teqlər: