Bolqarıstan hökuməti AB ölkələrinin Ukraynaya birgə sursat tədarükü planında iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Dimitar Stiyanov deyib.
Onun sözlərinə görə, rəsmi Sofiya Ukraynaya 155 mm-lik mərmilərin tədarükün planında iştirak etməyəcək, çünki bolqar ordusu bu mərmilərdən istifadə etmir:
“Bolqarıstan ordusunda belə sursat yoxdur, ona görə də onların Ukraynaya verilmə ehtimalı da yoxdur. Biz belə kalibrlərdən istifadə etmirik”.