İspaniya Ukraynaya zenit-raket kompleksləri və “Leopard” tankları verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə “El Pais” qəzeti ispan rəsmilərinə istinadla məlumat yayıb.
“Hökumət mənbələrinə görə, İspaniya Rusiyanın işğalına qarşı Ukraynaya hərbi dəstəkdə böyük sıçrayış etməyə hazırdır. Əgər əvvəlllər yalnız atıcı silahlar və sursatlar göndərilirdisə, indi daha ağır silahların göndərilməsinə hazırlıq gedir”, – məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, İspaniya Müdafiə Nazirliyi Kiyevə “Shorad Aspide” zenit-raket kompleksləri batareyasının göndərilməsini başa çatdırır. İspaniya özü bu komplekslərin daha müasirini əldə edib.