ABŞ USAI proqramı çərçivəsində bazardan alınan hərbi texnikanı Ukraynaya tədarük etməyə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“USAI daxilində bəzi müqavilələr var ki, onların icrası davam edir. Qarşımda tam siyahı yoxdur, amma bəzi müqavilələr illərdir davam edir. Beləliklə, Ukraynaya bəzi tədarüklər davam edəcək”, – Sinq vurğulayıb.
Qeyd edək ki, USAI proqramı Ukrayna üçün yeni silahların alınmasını nəzərdə tutur.