Ukraynaya hərbi qüvvə göndərmək planı… – Stoltenberq

Ukraynaya hərbi qüvvə göndərmək planı… – Stoltenberq

NATO-nun Ukraynaya hərbi qüvvə göndərmək planı yoxdur.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirdik. Lakin NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planı yoxdur”, – Stoltenberq bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.

Teqlər: