Ukraynaya görə Avropadakı anbarlar boşdur – FT

Ukraynaya görə Avropadakı anbarlar boşdur – FT

Ukraynada bir il davam edən müharibə Avropanın arsenalını dağıdıb.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bir çox paytaxtlarda generallar müdafiə nazirlərinə demək olar ki, heç nə qalmadığını bildirirlər. Anbarlar və poliqonlar boşdur”, – məlumatda qeyd olunub.

Bildirilir ki, Ukraynadakı münaqişə Avropanın hazırlıqsız müdafiə sektoruna böyük təzyiq göstərib:

“Avropa fabrikləri Kiyevin həftəlik tələbatını ödəyə biləcək qədər mərmi istehsal edə bilmir. Bəzi döyüş sursatı üçün gözləmə müddəti iki dəfədən çox artıb. Şərqi NATO ölkələrində isə Ukrayna hərbçilərinin necə istifadə olunduğunu bildiyi sovet texnikası tükənib. Qərb istehsalı olan yeni silah növlərinin tədarükü ilə bağlı qərarlar alqışla qarşılanır. Lakin bu silahların da təmirə ehtiyacı olduğu üçün tədarüklər həftələrlə və aylarla gecikir”.

Teqlər: