Slovakiyada Ukraynaya göndəriləcək MiQ-29-un sonuncu sınaq uçuşu keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiya Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Qırıcıların son uçuşu Slovak İnterneyşnal Air Fest beynəlxalq aviaşousu zamanı Malakki-Kuçina hərbi-hava bazasında həyata keçirilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, ölkənin müdafiə naziri Yaroslav Nad Slovakiyanın sentyabrdan Ukraynaya MiQ-29 qırıcılarını göndərəcəyini aşıqlamışdı.