Bu ilin əvvəlindən avqustun 1-nə qədər Ukrayna sərhədlərində ölkədən geri qaytarılan və ölkəyə girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, bu ilin 7 ayı ərzində 222 nəfər Azərbaycan vətəndaşı ölkədən geri qaytarılıb. 39 Azərbaycan vətəndaşının isə müvafiq müddətlərə ölkəyə girişi qadağan olunub.