Ukraynaya F-16 verə bilmərik – Polşa

Ukraynaya F-16 verə bilmərik – Polşa

Polşa Ukraynaya MiQ-29 qırıcılarının tədarükünü davam etdirməyə hazırdır, lakin F-16-ları verə bilmərik, çünki ölkədə onların sayı o qədər də çox deyil.

AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

“Çox az sayda F-16-larımız var. Biz ukraynalı pilotların hazırlanması prosesinə dəstək verməyə hazırıq. Mən bunu bir müddət əvvəl baş nazir, milli müdafiə naziri ilə müzakirə etmişəm. Əlimizdə olan F-16 təyyarələrinin sayı bu gün onların bir qisminin Ukraynaya tədarükünə imkan vermir”, – Duda bildirib.

Teqlər: