Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri ilə mümkündür.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan bildirib.
“ABŞ, NATO tərəfdaşlarımız Ukraynanın öz ərazisini uğurla müdafiə edə bilməsini istəyir. Ukrayna döyüş meydanında yaxşı mövqeyə malik olanda danışıqların vaxtı gələcək və Ukrayna öz şərtlərini diktə edə biləcək”, – sözçü söyləyib.
Ukraynaya F16 təyyarələrinin tədarükü məsələsini şərh edən sözçü bildirib ki, ABŞ və tərəfdaşları Ukraynanın döyüş meydanında yaxşı, güclü mövqe tutması üçün indi göndərilə biləcək yardımlar üzərində çalışırlar.