Ukraynaya əsir düşən kadırovçuların – Şok görüntüsü

Ukraynaya əsir düşən kadırovçuların – Şok görüntüsü

Ukraynanın 225-ci Əlahiddə Hücum Briqadası Rusiyanın “Əhməd” bölməsinin hərbçilərini əsir götürüb.

AzerTimes xəbər verir ki, bununla bağlı briqada Teleqram kanalında görüntülər yayıb.

Görüntülərdə 2 tağım komandiri (1-ci yol polisi alayı və 1 hərbi hissə), 2 qərargah rəisi və 1 tabor rotası komandiri olmaqla, “əhməd”çilərin sənədləri təqdim olunub.

Briqadanın yaydığı digər görüntüdə əsir düşən “Əhməd” dəstəsinin üzvlərinin görüntüləri də yayılıb.

Rusiyanın hökumətyönlü “VÇK-OQPU” Teleqram kanalı isə əsir düşənlərin Kursk vilayətinin Federal Penitensiar Xidmətinin əməkdaşları olduğunu bildirib.

Qeyd edək ki, “Əhməd” dəstəsinin komandiri Apti Alaudinov ötən gün heç bir döyüşçüsünün əsir düşmədiyini bildirmişdi.

Teqlər: