Ukraynaya ən azı 5 briqada F-16 lazımdır – İqnat

Ukraynaya ən azı 5 briqada F-16 lazımdır – İqnat

Müdafiə üçün Ukrayna bütün sovet təyyarə parkını ABŞ-ın F-16 qırıcıları ilə əvəz etməli və onlardan ən azı beş hava briqadası yaratmalıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

“Onsuz da mənəvi və fiziki cəhətdən köhnəlmiş, bu gün öz imkanları həddində döyüşən sovet təyyarələrinin bütün parkını əvəz etmək istəyirik. Amma bizə Qərb istehsalı olan təyyarə lazımdır. F-16 və digər tipli təyyarələrdən Rusiya işğalının ilk günlərindən danışılır”, – İqnat bildirib.

Teqlər: