Müharibə nəticəsində Ukrayna iqtisadiyyatının birbaşa itkiləri 113,5 milyard dollara yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı ekspert Maksim Nefedov bildirib.
O əlavə edib ki, PUA və peyklərin köməyi ilə toplanmış Ukrayna infrastrukturunun dağılması və zədələnməsi ilə bağlı görüntülər hazırda fəal şəkildə təhlil edilir. Bu, dəymiş ziyanı qiymətləndirmək və zədələnmiş şəhərlərin bərpası üçün hərtərəfli həllər təklif etməyə imkan verir.