Dünya Bankı Ukraynada yeni proqramlar üçün 8 milyard dollardan çox vəsait səfərbər etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Şmıqalın sözlərinə görə, sözügedən vəsaitin xüsusilə kənd təsərrüfatı və sosial sahədə istifadə olunması nəzərdə tutulur.