Avropa Birliyinə (AB) üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Ukraynaya kredit kimi 5 milyard avro ayırmaq barədə razılaşıblar.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiyanın baş nazirinin müavini İqor Matoviç bildirib.
“Biz Ukraynaya kredit kimi 5 milyard avro ayırmağa razılaşdıq. Bu məbləğ bir ay ərzində Ukraynanın maliyyə ehtiyaclarını qarşılayacaq”, – Matoviç söyləyib.