ABŞ Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Qeyd olunur ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim olunur. Bura 18 HIMARS MLRS və dronlara qarşı mübarizə üçün 12 titan sistemi daxildir.
Bundan əlavə, 300-ə yaxın minik avtomobili, onlarla yük maşını, ağır texnika, radar, rabitə, müşahidə və digər avadanlıqların daşınması üçün qoşquların maliyyələşdirilməsi də nəzərdə tutulub.