Yaxın günlərdə Avropa Birliyi Ukraynaya dəstək üçün 9 milyard avro məbləğində maliyyə paketinin detallarını yekunlaşdırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi üç avropalı məmura istinadən məlumat yayıb.
“Kiyev üçün yeni makromaliyyə yardım proqramı əsas borcun ödənilməsi üçün 10 illik güzəşt dövrü ilə 25 illik kreditlərdən ibarət olacaq. Faiz ödənişlərinin AB büdcəsindən qarşılanması gözlənilir”, – agentlik qeyd edib.
Rəsmilərin sözlərinə görə, təklifin bu həftə yekunlaşacağı gözlənilir.