ABŞ Ukraynaya daha bir hərbi yardım paketi ayırıb.
AzerTimes xəbər verir ki, Pentaqon 820 milyon dollarlıq əlavə hərbi yardım paketini təsdiqləyib.
Buraya HIMARS üçün döyüş sursatı, 155 mm-lik artilleriya üçün 150 min mərmi, dörd əksbatareya radarı və iki NASAMS hava hücumundan müdafiə sisteminin tədarükü daxildir.