Ötən ildən Avropa Birliyi Ukraynaya dəstək üçün 80 milyard avro ayırıb, bu məbləğ həmçinin hərbi yardıma da xərclənir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan Avropa Birliyininn (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Borrelin sözlərinə görə, ittifaq əvvəllər bu cür yardım üçün belə böyük məbləğdə vəsait ayırmayıb.