Hazırda Ukraynanın bərpası üçün təxminən 700 milyard dollar lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əgər Ukraynanın bərpası üçün puldan danışsaq, təxminlər fərqlidir, lakin indiyədək bu, təxminən 700 milyard dollardır. Amma real məbləğləri bilmirik, çünki müharibəni başa çatdırmamışıq”, – deyə dövlət başçısı bildirib.