ABŞ administrasiyası martın 3-ü Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu məlumatı CNN yayıb.
Məlumata görə, Ukraynaya yeni hərbi yardıma HİMARS, 155 və 105 mm-lik artilleriya sistemləri, xəndəklər və dar su maneələri üzərində körpülər qurmaq üçün istifadə edilən zirehli körpüötürücü sistemlər daxil olacağı gözlənilir.