Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü on dəfə artırmalı, daha çox HİMARS raket buraxılış qurğuları və tanklarla təmin etməlidirlər.
AzerTimes xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.
“Münaqişədə qalib gəlmək üçün Ukraynaya 40 yox, 400 HİMARS və 80 yox, min tank lazımdır”, – deyə XİN rəhbəri bildirib.