Ukraynaya 300 milyonluq yardım göndərmişik – Latviya

Ukraynaya 300 milyonluq yardım göndərmişik – Latviya

Fevralın 24-dən bəri Latviya hökuməti Ukraynaya təxminən 300 milyon avro dəyərində hərbi yardım göstərib. Latviya vətəndaşları, şirkətləri və ictimai təşkilatları isə 15,7 milyon avrodan çox ianə toplayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Latviyanın verdiyi hərbi dəstəyə silahlar, texnika, döyüş sursatları, tank əleyhinə silahlar, “Stinger” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, özüyeriyən haubitsalar, helikopterlər və s. daxildir.

Teqlər: