Türkiyənin “Baykar” şirkəti Ukraynaya 3 ədəd “Bayraqdar TB2” PUA-sı hədiyyə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Belə ki, sözügedən 3 PUA-nın alınması məqsədilə şirkət tərəfindən internet vasitəsilə təşkil edilən yardım kampaniyası çərçivəsində toplanan 20 milyon 500 min dollar vəsaitdən imtina edilib.
Şirkətin məlumatına görə, həmin vəsait Ukrayna xalqının zəruri ehtiyaclarına sərf ediləcək.