Latviya Ukraynaya pilotsuz təyyarələrin daha bir partiyasını verəcək. 4 milyon avro dəyərində 2500 PUA-nın çatdırılması iyulda baş tutmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Pilotsuz təyyarələr koalisiyası getdikcə güclənir. Yeddi Latviya şirkətinin istehsal etdiyi 2500-dən çox pilotsuz uçuş aparatın növbəti partiyası Ukraynaya göndəriləcək. Pilotsuz uçuş aparatları koalisiyasının üzvləri ilə birlikdə biz Ukrayna ordusunun mövcud ehtiyaclarına və sınaq tələblərinə uyğun olaraq, Ukraynanı müxtəlif tutumlu döyüş pilotsuz təyyarələri ilə təmin etmək üçün daim çalışırıq”, – nazir Andris Spruds qeyd edib.