Ukrayna ölkənin silahlı qüvvələrində Sovet istehsalı olan texnikanı əvəz etmək üçün Qərb ölkələrindən 150 döyüş təyyarəsi almaq istəyir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
“Ümumiyyətlə, Ukraynanın Qərb tipli nə qədər təyyarəyə ehtiyacı olduğu artıq açıqlanıb. Söhbət 150 təyyarədən gedir. Bununla sovet texnikası parkını tamamilə dəyişdirdirəcəyik.
Ukraynaya verilməli olan əsas döyüş təyyarəsi ABŞ-ın F-16 qırıcısı olacaq. Kiyev həmçinin İsveçin “JAS 39 Gripen” qırıcılarının tədarükü ilə bağlı Stokholmla məsləhətləşmələr aparır”, – İqnat bildirib.