Müttəfiqləri və partnyorları Ukraynanın enerji sisteminə dəstək üçün 1,5 milyard dollar göndərəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkə hesabında yazıb.
“1,5 milyard dollar yardımın göndəriləcəyi ilə bağlı açıqlama var”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, indiyədək ölkəyə 200-dən çox yük maşını ilə enerji avadanlıqları gətirilib.