Avropa Komissiyası 2023-cü il üçün makromaliyyə yardımı çərçivəsində Ukraynaya 1,5 milyard avro həcmində daha bir tranş ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Avropa Komissiyası Ukraynaya 18 milyard avroya qədər makromaliyyə yardımı paketi çərçivəsində 1,5 milyard avroluq dördüncü ödənişi həyata keçirib”, – məlumatda qeyd olunub.