Ukrayna ordusunun Krımdakı Belbek aerodromuna endirdiyi raket zərbəsi nəticəsində 10 hərbçi ölüb. Onların arasında aviasiya eskadrilyasının komandiri, general-leytenant Aleksandr Tatarenko da var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun atdığı raketlərdən ikisi 38-ci qırıcı aviasiya alayının komanda məntəqəsinə, biri isə aerodromun rabitə məntəqəsinə düşüb.
Bildirilib ki, Ukrayna ordusu qanadlı raketləri ruslara tanış olmayan marşrutlarla buraxıblar. Raketlərin çoxu Qara dənizin üzəri ilə hərəkət edib.
Qeyd edək ki, dünən Ukraynanın Krımdakı Belbek aerodromuna endirdiyi zərbələr nəticəsində iki ədəd Su-27, bir ədəd Su-30 təyyarəsinin məhv edildiyi, 12 hərbçinin isə öldürüldüyü ilə bağlı məlumat yayılmışdı.