Ukraynanın yeni silahı: Rusiyaya zərbələr endirilə bilər

Ukraynanın yeni silahı: Rusiyaya zərbələr endirilə bilər

Ukrayna istehsalı olan yeni pilotsuz təyyarələr müharibənin gedişatını dəyişə bilər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Dronların “Leleka” bazasında hazırlandığını söyləyən ekspert Rusiya ərazisinə zərbələrin endirilməsinin mümkün olduğunu bildirib:

“Bu dronlardan Rusiya ərazisinə zərbələr endirmək üçün müəyyən kontekstdə istifadə oluna bilər”.

Qeyd edək ki, oktyabrın 17-də Ukraynanın “Ukroboronprom” şirkəti yeni yerli PUA-nın istehsal olunduğunu bəyan edib. Yeni pilotsuz uçuş aparatının döyüş başlığının 75 kq və min km məsafə qət etmə potensialına malik olduğu bildirilib. Hətta yerli PUA-dan döyüş meydanında uğurla istifadə olunduğu da vurğulanıb.

Teqlər: