Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsindən sonra onun 2013-cü ildə Rusiya Gününü qeyd etməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı belaruslu jurnalist Konstantin Pridıbaylo Teleqram kanalında məlumat yayıb.
O, fotoda Sırskinin general-mayor rütbəsində və o zaman 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri olduğunu yazıb.
Fotoda həmçinin Rusiya və Ukrayna bayraqlarının əks olunduğu tort da görünür.